Azərbaycanda 28 yaşlı oğlanı kürəyindən güllələdilər

Azərbaycanda 28 yaşlı oğlanı kürəyindən güllələdilər
HADİSƏ / KRİMİNAL

28 noyabr 2019, 13:44

Mətn ölçüsü

İsmayıllıda həmkəndlisini qətlə yetirməyə cəhd göstərən və törətdiyi əmələ görə təqsirləndirilərək məhkum edilən şəxs Ali Məhkəməyə müraciət edib.

News24.az-ın məlumatına görə, Cinayət Məcəlləsinin 29.120.1-ci, yəni qəsdən adam öldürməyə cəhd maddəsi ilə məhkum edilən Rəhimov Maqsud Əhməd oğlu Ali Məhkəmədən barəsindəki hökmün dəyişdirilməsini xahiş edib. Müraciətə hakim Fərhad Kərimovun sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, keçən ilin may ayında İsmayıllı rayonunun Hacıhətəmli kənd sakini, 1990-cı il təvəllüdlü Dadaşov Ənvər Kamal oğlu tüfəngdən açılan atəş nəticəsində kürək nahiyəsindən ağır xəsarətlər alıb.

O, təcili olaraq İsmayıllı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onu güllələyən şəxsin həmkəndlisi Rəhimov Maqsud Əhməd oğlu olduğu məlum olub və həmin şəxs saxlanılıb.