Şamaxı sakini həmyerlisini GÜLLƏLƏDİ
    • 28-11-2019, 14:52
    • 705

Şamaxı sakini həmyerlisini GÜLLƏLƏDİ

Şamaxı şəhərində silahlı insdient baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, noyabrın 27-də saat 19 radələrində Şamaxı şəhəri ərazisindəki “Ovçu” mağazalarının birinin satıcısı işləyən V.Əsgərovun həmin məkanda münaqişə zəminində tüfəngdən atəş açaraq həmyerlisi, əvvəllər məhkum olunmuş Ş.Hacıyevin döş nahiyəsinə və sol əlinə xəsarət yetirməsi barədə Şamaxı Rayon Polis Şöbəsinə məlumat daxil olub.

V.Əsgərov polis əməkdaşları tərəfindən saxlanılıb. Hadisə törədilərkən istifadə edilmiş “Oskar” markalı ov tüfəngi ondan götürülüb.

Şamaxı rayon prokurorluğu tərəfindən araşdırma aparılır.