Ağcabədidə ər-arvad QƏZADA ÖLDÜ
    • 30-11-2019, 15:13
    • 759

Ağcabədidə ər-arvad QƏZADA ÖLDÜ

Noyabrın 29-da saat 8 radələrində Ağcabədi rayonunun Avşar kəndi ərazisində rayon sakinləri O.Məmmədovun idarə etdiyi “VAZ-2107” və Hüseyn Dədəkişiyevin idarə etdiyi “VAZ-21099” markalı avtomobillər toqquşub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, zərbədən sonuncu nəqliyyat vasitəsi yolun kənarındakı ağaca dəyərək yanıb. Nəticədə H.Dədəkişiyev və sərnişini, həyat yoldaşı Güllü ölüb, O.Məmmədov xəstəxanaya yerləşdirilib.

Hadisə ilə bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.