Axundun oğlu içkili vəziyyətdə saxlanıldı
    • 1-12-2019, 16:11
    • 803

Axundun oğlu içkili vəziyyətdə saxlanıldı

Zərdabda axundun oğlu saxlanılıb.

News24.az xəbər verir ki, ötən gün rayonun mərkəzi küçəsində Məzahir Feyzulla oğlu Tağıyevin idarə etdiyi “10 LF 572” dövlət nömrə nişanlı "VAZ-2107" markalı minik maşını yol patrul xidməti əməkdaşları tərəfindən saxlanılıb.

Yoxlamalar zamanı məlum olub ki, M. Tağıyev içkili vəziyyətdə sürücülük hüququ olmadan nəqliyyat vasitəsini idarə edir. Saxlanılan şəxs barədə müvafiq qaydalar çərçivəsində tədbir görülüb. 

Qeyd edək ki, M. Tağıyev  Zərdab rayon Cümə məçidinin axundu Feyzulla Tağıyevin oğludur.