Bakıda taksi sürücüsünün ÖZBAŞINALIĞI – VİDEO
    • 2-12-2019, 12:05
    • 863

Bakıda taksi sürücüsünün ÖZBAŞINALIĞI – VİDEO

Bakıda taksi sürücülərinin özbaşınalıqları barədə tez-tez xəbərlər yayılır.

News24az-ın məlumatına görə, daha bir sürücü özbaşınalığı Nərimanov rayonu ərazisində - Heydər Əliyev Mərkəzi ilə Bakı Konqress Mərkəzi arasında yeni salınmış yolda baş verib.

“Opel Astra” markalı 90 BP 072 dövlət nömrə nişanlı taksi yolda piyadalar üçün çəkilmiş zolağın üzəri ilə və avtomobillərin keçməsi qadağan edilmiş cığırdan keçərək ağır qəza şəraiti yaradıb. Taksi sürücüsü ona xəbərdarlıq edən digər avtomobilin sürücüsünə əl işarəsi edərək yoluna davam edib.

Hadisənin videosunu təqdim edirik.