BDU-nun daha iki qız tələbəsi XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ

BDU-nun daha iki qız tələbəsi XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ
HADİSƏ

03 dekabr 2019, 11:29

Mətn ölçüsü

Bakı Dövlət Universitetinin yataqxanasında iki tələbənin vəziyyətinin pisləşməsi barədə məlumat Təcili Yardıma saat 08:15-də daxil olub.

Səhiyyə Nazirliyindən News24.az-a verilən məlmata görə, Yasamal rayonu Zahid Xəlilov küçəsi 54 ünvanına gələn həkim briqadası gastroenterit ehtimalı ilə (mədə soyuqlaması, sulu ishal, qarın krampları, mədə bulantısı və qusma ilə xarakterizə edilən infeksiya) 20 yaşlı iki tələbə qızı KTM-ə çatdırıb.

Xəstəxanaya çatdırılan qızlardan birində təzyiq yüksək digərində aşağı olub. İlkin diaqnoz mədə-bağırsaq iltihabıdır. Hazırda vəziyyətləri nisbi-qənaətbəxşdir.