Evdən 8 minlik oğurluq edən 4 nəfər TUTULDU
    • 4-12-2019, 12:42
    • 828

Evdən 8 minlik oğurluq edən 4 nəfər TUTULDU

Cəlilabad rayonunda evdən külli miqdarda qızıl-zinət əşyaları oğurlanıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən News24.az-a verilən məlumata görə, Kriminalistik Tədqiqatlar İdarəsi, Təhlükəsiz Şəhər Xidməti və Cəlilabad Rayon Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 1-də Cəlilabad rayonu ərazisindəki evlərin birindən 265 manat, 800 ABŞ dolları və 6690 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Z.Xasayzadə, İ.Mikayılov, E.Məmmədov və E.Həsənova saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.