Abşeronda azyaşlı qız hamilə qaldı, onunla cinsi əlaqəyə girən şəxs…

Abşeronda azyaşlı qız hamilə qaldı, onunla cinsi əlaqəyə girən şəxs…
HADİSƏ

04 dekabr 2019, 14:05

Mətn ölçüsü

Abşeron rayonunda azyaşlı qızla cinsi əlaqəyə girmiş şəxs barəsində cinayət işi açılıb.

News24.az-ın məlumatına görə, Abşeron Rayon Polis İdarəsində R.Rəhimov barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 152.1-ci, yəni, 16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə maddəsi ilə cinayət işi açılıb.
Artıq iş üzrə ibtidai istintaq tədbirləri başa çatdırılıb və cinayət işinin materialları baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilib. İşə hakim Sevinc Quliyevanın sədrliyi ilə baxılacaq. Hazırlıq iclası dekabrın 13-nə təyin edilib.

Qeyd edək ki, iş üzrə N.İsmayılzadə adlı qız zərərçəkən şəxs qismində tanınıb. Azyaşlı qızın hamilə olması müəyyənləşəndən sonra onunla cinsi əlaqədə olmuş şəxs məsuliyyətə cəlıb edilib.