29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb

29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb Hadisə

Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb.

News24.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə oktyabrın 9-da ümumi çəkisi 28,6 kiloqramdan artıq narkotik vasitə və 2064 ədəd güclü təsiredici xassəyə malik həb aşkar olunaraq götürülüb.

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.