29 yaşlı gənc boğazından bıçaqlandı - Şübhəli atasıdır

29 yaşlı gənc boğazından bıçaqlandı - Şübhəli atasıdır Hadisə

Tovuz rayonunda ailə münaqişəsi oğlun bıçaqlanması ilə nəticələnib.

News24.az xəbər verir ki, hadisə rayonun Ağdam kəndində baş verib.

1997-ci təvəllüdlü Nicat Məmmədov boğaz nahiyəsindən bıçaqlanıb.

Hadisəni törətməkdə onun atası Aydın Məmmədov şübhəli bilinir.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Faktla bağlı Tovuz rayon Polis Şöbəsində ataşdırma başlanılıb.