Azərbaycanda daha bir nəfər dərmandan zəhərləndi

Azərbaycanda daha bir nəfər dərmandan zəhərləndi
HADİSƏ

05 dekabr 2019, 01:04

Mətn ölçüsü

Mingəçevirdə qadın dərmandan zəhərlənib.
News24.az xəbər verir ki, hadisə Mingəçevir şəhəri, ev 11a, mənzil 27-də baş verib.
 
Həmin ünvanda yaşayan, 1984-cü il təvəllüdlü Əliyeva Ülviyyə Göygöz qızı uzun müddət epilepsiya xəstəliyindən əziyyət çəkdiyindən evində dərman qəbul edib.
 
Ü.Əliyeva "lamiktal" həbi atdıqdan sonra dərman zəhərlənmə verib. Anası Həqiqət Dadaşova Ü.Əliyevanı evində huşsuz vəziyyətdə aşkar edərək təcili tibbi yardım briqadası çağırıb.
 
Həkimlərin köməyi ilə Ü.Əliyeva komatoz vəziyyətdə Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hazırda xəstənin vəziyyəti ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.