Bakıda 21 yaşlı tələbə dəm qazından boğuldu
    • 5-12-2019, 12:04
    • 1 133

Bakıda 21 yaşlı tələbə dəm qazından boğuldu

Bakıda dəm qazı daha bir nəfərin həyatına son qoyub.

News24.az APA-ya  məlumatına görə, hadisə paytaxtın Nəsimi rayonunda qeydə alıb. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Neft-Mexanika fakültəsinin tələbəsi, 1998-ci il təvəllüdlü Nurlan Akif oğlu Dadaşov kirayə yaşadığı evdən dəm qazından boğularaq ölüb.

Universitetdən APA-ya faktı təsdiqləyiblər. 

Qeyd edək ki, N. Dadaşov 4-cü kurs tələbəsi olub.