Bu tarixdə Günəş tutulması  baş verəcək
    • 9-12-2019, 12:01
    • 881

Bu tarixdə Günəş tutulması baş verəcək

Bu ildə baş verəcək sonuncu Günəş tutulmasının vaxtı açıqlanıb.

AMEA-nın Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından News24.az-a verilən məlumata görə, dekabrın 26-da Bakı vaxtı ilə saat 06:30-da Günəş tutulması başlayacaq və 12:06-da yekunlaşacaq.

Bakı şəhəri ərazisində 08:03-dən 08:52-yə qədər üfüqə yaxın yerdə sözügedən təbiət hadisəsini izləmək mümkün olacaq.