Bakıda arvadını və qaynını bıçaqlayan şəxs saxlanıldı
    • 9-12-2019, 13:38
    • 1 247

Bakıda arvadını və qaynını bıçaqlayan şəxs saxlanıldı

Bakıda bacı və qardaşı bıçaqlayan şəxs saxlanılıb. 

Bu barədə News24.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. 

Belə ki, dekabrın 7-də Bakı şəhər sakini E.Qırxlarovun M.Ə.Rəsulzadə qəsəbəsi ərazisində yaşayan keçmiş həyat yoldaşı A.Qırxlarovanın evinə gələrək ona və qardaşına bıçaqla xəsarət yetirməsi barədə Binəqədi Rayon Polis İdarəsinin (RPİ) 7-ci Polis Bölməsinə məlumat daxil olub.
Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. 

Faktla əlaqədar Cinayət Məcəlləsinin 126-cı (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb. 

Bakı Şəhər Baş Polis İdarəsi və 7-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində E.Qırxlarov saxlanılıb. 
Binəqədi RPİ-də araşdırma aparılır.