Ögey ananın işgəncə veridiyi uşaqlarla bağlı araşdırmaya ZAKİR QARALOV NƏZARƏT EDİR
    • 9-12-2019, 16:46
    • 697

Ögey ananın işgəncə veridiyi uşaqlarla bağlı araşdırmaya ZAKİR QARALOV NƏZARƏT EDİR

Bakıda qadının ögey övladlarına işgəncə verməsi ilə bağlı məsələ Bakı şəhər prokurorluğunda araşdırılır.

News24.az xəbər verir ki, bu barədə Baş Prokurorlıuğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov şəxsi facebook səhifəsində məlumat verib. O bildirib ki, "Bəzi kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə paytaxtın Sabunçu rayonu ərazisində azyaşlılar Qulu və Hüseyn adlı qardaşların ata və ögey anaları tərəfindən işgəncələrə məruz qalmaları ilə əlaqədar yayılmış informasiyalar üzrə araşdırmanın aidiyyəti dövlət qurumlarının nümayəndələri cəlb edilməklə aparılması Bakı şəhər prokurorluğuna tapşırılıb. Baş vermiş hadisə ilə bağlı araşdırmalar Baş prokuror tərəfindən xüsusi nəzarətə götürülüb".