Bakıda avtomobil gölməçədə batdı - sürücü son anda xilas oldu

Bakıda avtomobil gölməçədə batdı - sürücü son anda xilas oldu
HADİSƏ

09 dekabr 2019, 23:38

Mətn ölçüsü

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Xətai rayonunda “Mercedes” markalı minik avtomobilinin gölməçədə batması və içərisində olan sürücünün köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
News24.az FHN-ə istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən vətəndaşa köməklik göstərilib.