SON DƏQİQƏ! “EuroHome” tikinti materialları bazarı YANIR - VİDEO - YENİLƏNDİ-3
    • 10-12-2019, 12:15
    • 5 861

SON DƏQİQƏ! “EuroHome” tikinti materialları bazarı YANIR - VİDEO - YENİLƏNDİ-3

Bu gün səhər saatlarında Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən "EuroHome” tikinti materialları bazarında baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən söndürülüb.

Nazlirlikdən News24.az-a verilən məlumata görə, yanğının söndürülməsi üçün əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətindən 29 ədəd texnika və 150 nəfər canlı qüvvə, Xüsusi Riskli Xilasetmə Xidmətindən 16 ədəd texnika və 200 nəfər canlı qüvvə, Aviasiya dəstəsindən 3 ədəd helikopter və 1 ədəd “BE-200ÇS” tipli təyyarə, Mülki müdafiə qoşunlarından 3 ədəd texnika və 53 nəfər canlı qüvvə cəlb olunub. Soyutma işləri davam etdirilir. İlkin hesablamaya əsasən, təxminən 5 hektar bazar ərazisinin 2 hektarı yanıb.

Bazarın qalan hissəsi və bitişik tikintilər, o cümlədən yaşayış evləri yanğından mühafizə olunub. Hazırda araşdırma işləri davam etdirilir.

***11:13

“EuroHome” tikinti materialları bazarında baş verən yanğın davam edir.

News24.az xəbər verir ki, yanğının söndürülməsi üçün əraziyə helikopter cəlb olunub. 

Xəbər yenilənəcək...

***09:52

“EuroHome” tikinti materialları bazarında yanğın hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyindən News24.az-a verilən məlumata görə, "112" qaynar telefon xəttinə, Bakı şəhərinin Binəqədi rayonunda “EuroHome” tikinti materialları bazarı ərazisində yanğın olması barədə məlumat daxil olub. Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.