Bakıda 2 nəfəri avtomobil vuraraq öldürdü
    • 10-12-2019, 14:48
    • 1 404

Bakıda 2 nəfəri avtomobil vuraraq öldürdü

Bakının Xətai və Xəzər rayonlarında ölümlə nəticələnən yol-nəqliyyat hadisələri baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, dekabrın 9-da saat 8 radələrində Xətai rayonu ərazisində Cəbrayıl rayon sakini T.Qarayev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Bakı şəhər sakini Könül Mehdiyevanı vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş qadın orada ölüb.

Digər hadisə isə Xəzər rayonunun Şağan qəsəbəsi ərazisində qeydə alınıb. Belə ki, dekabrın 9-da saat 12 radələrində qəsəbəsi ərazisində Bakı şəhər sakini E.Həmzəyev idarə etdiyi “QAZ-3110” markalı avtomobillə yolu keçən paytaxt sakini Əşrəf Tağıyevi vurub.r. Nəticədə piyada xəstəxanaya aparılarkən yolda ölüb.

Hər iki faktla bağlı araşdırma aparılır.