USD 1.7
EUR 1.8478
TRY 0.2764
RUB 0.026
  • Bakı 8°C
  • ŞUŞA 4°C
  • GƏNCƏ 1°C
  • LƏNKƏRAN 4°C
  • ŞƏKİ 0°C
  • QUBA 5°C
  • NAXÇIVAN -2°C

Sumqayıtda yol çökdü

Hadisə

Mətn ölçüsü

Sumqayıt şəhərində avtomobil yolu çöküb.
News24.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin İnşaatçılar qəsəbəsinə gedən avtomobil yolunda, Kamran Hüseynov küçəsində qeydə alınıb. Çökmə nəticəsində ərazidə böyük xəndək əmələ gəlib. Təhlükəsizlik məqsədilə ərazinin ətrafı lentlənib.
Sumqayıt Sukanal İdarəsindən bildirilib ki, ümumi uzunluğu 800 metr olan yolda bir neçə dəfə təmir-bərpa işləri aparılsa da, bu hal yenidən təkrarlanır. Məhz bunu nəzərə alaraq su kanalizasiya xətlərinin yenilənməsi istiqamətində işlərə start verilib. Yolda yaranan problemin tezliklə aradan qaldırılacağı vurğulanır.
Xatırladaq ki, sözügedən yol artıq dördüncü dəfədir ki çökür.

Qalereya

3

Xəbəri paylaş: