Metroda qatar yolunda gəzişən vətəndaşla bağlı DİN-dən AÇIQLAMA

Metroda qatar yolunda gəzişən vətəndaşla bağlı DİN-dən AÇIQLAMA
HADİSƏ / SOSİAL

12 dekabr 2019, 14:04

Mətn ölçüsü

Daxili İşlər Nazirliyi (DİN) dekabrın 11-də saat 18 radələrində metronun “Neftçilər” stansiyasında qatar qolunda gəzişən vətəndaşla bağlı məlumat yayıb.

DİN-dən News24.az-a verilən məlumata görə, dekabrın 11-də saat 18 radələrində metronun “Neftçilər” stansiyasının platformasında bir nəfər qatar yoluna düşərək, orada gəzişərkən DİN BİTİ-yə bilavasitə tabe olan Diplomatik Nümayəndəliklərin Mühafizəsi üzrə Əlahiddə Polis Taborunun əməkdaşları tərəfindən dərhal görülmüş tədbirlərlə qatar yolundan çıxarılıb.

Onun Masallı rayon sakini V.Əzimov olması müəyyən edilib.