İmişlidə “Qazel”lə minik avtomobilin toqquşması can aldı
    • 13-12-2019, 00:58
    • 1 965

İmişlidə “Qazel”lə minik avtomobilin toqquşması can aldı

İmişlidə 1 nəfərin ölümü, 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.


News24.az xəbər verir ki, hadisə İmişli şəhəri Heydər Əliyev prospektində qeydə alınıb.


İmişli rayon sakini, 1984-cü il təvəllüdlü Mirzəzadə Kənan Akif oğlunun idarə etdiyi “Qazel” markalı avtomobil “VAZ-2106” markalı avtomobillə toqquşub. Qəza nəticəsində “VAZ-2106”nın sürücüsü hadisə yerində dünyasını dəyişib. “Qazel”in sürücüsü və minik avtomobilində olan-Beyləqan rayon sakini, 1985-ci il təvəllüdlü Əliyev Bayram Həsən oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.


Yaralılar İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.


Faktla bağlı araşdırma aparılır.