Bakıda ofisdən 40 min manat OĞURLANDI

Bakıda ofisdən 40 min manat OĞURLANDI
HADİSƏ

13 dekabr 2019, 13:02

Mətn ölçüsü

Bakıda ofisdən və uşaq əyləncə mərkəzindən külli miqdarda pul oğurlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki ofislərin birindən 40 min manat və uşaq əyləncə mərkəzindən də pul oğurlamaqda şübhəli bilinən A.Həsənov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.