Bakıda marşrut avtobusu qəzaya uğradı, 6 nəfər XƏSARƏT ALDI
    • 14-12-2019, 10:59
    • 817

Bakıda marşrut avtobusu qəzaya uğradı, 6 nəfər XƏSARƏT ALDI

Suraxanı rayonu, Əfsun şadlıq sarayının yanında 104 saylı marşrut avtobusunun qəzaya uğraması barədə məlumat təcili yardıma saat 8:45 daxil olub. 

News24.az Səhiyyə Nazirliyinə istinadən xəbər verir ki, hadisə yerinə 4 təcili tibbi yardım avtomobili gedib. Qəzadan 2 -si azyaşlı olmaqla 6 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə 3 saylı şəhər xəstəxanasına çatdırılıblar. Onlara lazım olan yardım göstərilib müalicələri davam edir.