Azərbaycanlı sərxoş sürücü İstanbulda qəza törətdi
    • 15-12-2019, 16:03
    • 797

Azərbaycanlı sərxoş sürücü İstanbulda qəza törətdi

Sərxoş azərbaycanlı sürücü İstanbulda qəzaya səbəb olub. 
 
News24.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə İstanbulun Eyüpsultan bölgəsində baş verib.
 
Azərbaycan vətəndaşı Ramil B. adlı şəxsin idarə etdiyi 34 VS 6714 dövlət qeydiyyat nişanlı panelvan tipli yük avtomobili “15 iyul şəhidləri körpüsü”ndən Kadıköy istiqamətində hərəkət edərkən eyni yolda irəliləyən Cengiz Büyük adlı şəxsin idarə etdiyi avtomobillə toqquşub. 
 
Hadisə yerinə polis və təcili tibbi yardım briqadası cəlb olunub. Yaralanmış sürücülər xəstəxanaya çatdırılıb. 
Verilən məlumata görə, panelvanın sürücüsü azərbaycanlı Ramil B. avtomobili sərxoş halda idarə edirmiş.