Son dəqiqə: Bakıda Uşaq Yaradıcılıq Mərkəzində partlayış- Yaralananlar var
    • 16-12-2019, 11:14
    • 1 907

Son dəqiqə: Bakıda Uşaq Yaradıcılıq Mərkəzində partlayış- Yaralananlar var

Lökbatanda İcra Hakimiyyəti binasının arxasında yerləşən Uşaq Yaradıcılıq Mərkəzində partlayış baş verib.

Bu barədə News24.az-a Səhiyyə Nazirliyindən məlumat verilib. Bildirilir ki, Təcili Yardıma bu barədə məlumat saat 10:14-də daxil olub. Hadisə yerinə 3 Təcili Yardım briqadası çağırılıb. 50 yaşlı qadın müəllimə xəstəxanaya yerləşdirilib. 

Sifətin və hər iki əlinin termiki yanığı diaqnozu ilə müəllimə 5 saylı xəstəxananın yanıq şöbəsinə çatdırılıb. Daha bir neçə nəfər hadisə zamanı stress keçirib.

Onlara yerində yardım göstərilib.

Afaq Mirayiq