Bakıda keçmiş məhkum AVTOMOBİL OĞURLADI
    • 17-12-2019, 14:17
    • 725

Bakıda keçmiş məhkum AVTOMOBİL OĞURLADI

Bakıda oğurluq hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, dekabrın 16-da Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini R.Sultanov dekabrın 14-də Biləcəri qəsəbəsi ərazisindən “Honda” markalı avtomobilinin qaçırıldığını bildirilib. Müraciətlə əlaqədar dərhal əməliyyat-axtarış tədbirlərinə başlanılıb. 

Görülmüş tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş S.Kazımov həmin gün qəsəbə ərazisində avtomobillə birgə saxlanılıb. 

Binəqədi Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.