Yeni icra başçısı özünə köməkçi TƏYİN ETDİ

Yeni icra başçısı özünə köməkçi TƏYİN ETDİ
HADİSƏ

18 dekabr 2019, 00:33

Mətn ölçüsü

Yasamal Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Elşad Həsənov özünə yeni köməkçi təyin edib.
 
News24.az xəbər verir ki, E.Həsənov bununla bağlı müvafiq əmr imzalayıb.
 
Əmrə əsasən, Süleymanzadə Habil Kamal oğlu Yasamal RİH-nin başçısının köməkçisi təyin olunub.
 
Qeyd edək ki, H.Süleymanzadə bundan əvvəl E.Həsənovun deputat olduğu dövrdə onun köməkçisi vəzifəsində çalışıb.
 
Xatırladaq ki, E.Həsənov Prezident İlham Əliyevin noyabrın 12-də imzaladığı sərəncamla Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. O, 2015-ci ildə 17 saylı Yasamal 3-cü Seçki Dairəsindən V çağırış Azərbaycan Respublikası Milli Məclisinə deputat seçilib. (report)