Nərimanovda avtomobil YANDI
    • 18-12-2019, 11:36
    • 728

Nərimanovda avtomobil YANDI

Bakı şəhərinin Nərimanov rayonunda "Mercedes" markalı minik avtomobilinin mühərrik hissəsi və salonu qismən yanıb.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, yüksək temperaturdan yaxınlıqda dayanan "Mercedes" markalı yük avtomobilinin ön hissəsi qarsalanıb və ümumi sahəsi 400 m² olan tikilinin plastikdən ibarət giriş qapısı əriyib.

Tikilinin və hər iki avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.