3 yaşlı uşaq 5-ci mərtəbədən yıxılıb öldü

3 yaşlı uşaq 5-ci mərtəbədən yıxılıb öldü Hadisə

Kürdəmirdə azyaşlı bədbəxt hadisə nəticəsində həyatını itirib.

News24.az xəbər verir ki, hadisə ötən gün saat 20 radələrində Kürdəmir şəhəri Babək prospektində yerləşən beşmərtəbəli binada baş verib.

2023-cü il təvəllüdlü Yusif Qədir oğlu Vahidov ehtiyatsızlıqdan 5-ci mərtəbədə yaşadığı mənzilin pəncərəsindən yıxılıb.

O, hadisə yerində ölüb.

Faktla bağlı Kürdəmir Rayon Prokurorluğunda araşdırma aparılır. (Qafqazinfo)