Bakıda döyülən qız xilas olmaq üçün özünü pəncərədən atdı
    • 19-12-2019, 00:26
    • 957

Bakıda döyülən qız xilas olmaq üçün özünü pəncərədən atdı

Pirallahı rayonunda döyülmə hadisəsi baş verib.
News24.az xəbər verir ki, hadisə Cənub küçəsində qeydə alınıb. 16 yaşlı Mirzəyeva F. yaşadığı evdə əmisi ilə mübahisə edib. Nəticədə döyülən F.Mirzəyeva kömək istəmək məqsədilə özünü yaşadığı evin 1-ci mərtəbəsindən atıb.
Ağır xəsarət alan yeniyetmənin ayağı sınıb. Yaralı xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.