Goranboyda ev yanıb külə döndü

Goranboyda ev yanıb külə döndü
HADİSƏ

19 dekabr 2019, 00:43

Mətn ölçüsü

Goranboyda həyət evi yanıb. Hadisə Goranboyun Boluslu kəndində baş verib.
News24.az xəbər verir ki, yanğın qəfildən mənzili ağuşuna alıb. Alovu söndürmək mümkünsüz olduğundan hadisə yerinə FHN-nin 2 yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb edilib.
Yanğın baş verən mənzildə xəsarət alan olmayıb. İsax Əliyevə məxsus həyət evi əşyaları ilə birgə yanaraq yararsız hala düşüb.
Yanğının baş vermə səbəbləri araşdırılır.