Qobustanda iki yük avtomobili toqquşdu - ölən və yaralanan var
    • 20-12-2019, 23:43
    • 876

Qobustanda iki yük avtomobili toqquşdu - ölən və yaralanan var

Bakı-Şamaxı yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
News24.az xəbər verir ki, hadisə bu gün axşam saat 21:40 radələrində yolun 78-ci kilometrliyində, Qobustan rayonunun Ceyrankeçməz adlı ərazisində qeydə alınıb.
"Mercedes" markalı yük avtomobili arxadan qarşı tərəfdə eyni istiqamətdə hərəkətdə olan "KamAZ" markalı yük avtomobilinə çırpılıb. Hadisə zamanı "Mercedes"də olan sərnişin aldığı ağır xəsarətlər səbəbindən hadisə yerində ölüb, sürücü yaralanıb.
Faktla bağlı araşdırma aparılır.