Azərbaycanda mikroavtobus aşdı – 2 nəfər öldü, daha 19 nəfər isə...
    • 21-12-2019, 14:42
    • 568

Azərbaycanda mikroavtobus aşdı – 2 nəfər öldü, daha 19 nəfər isə...

Yevlaxda ağır qəzaya düşən mikroavtobusun sürücüsü barəsində açılmış cinayət işinin ibtidai istintaqı başa çatıb.

News24.az-ın məlumatına görə, bir neçə ay əvvəl baş verən və 2 nəfərin öldüyü, 20-yə yaxın şəxsin yaralandığı hadisəyə səbəb olmuş sürücü Şərifov Xudaverdi Qənbər oğlu barəsində Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə açılan işin materialları Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İşə hakim Nahid Mirzəyevin sədrliyii lə baxılacaq.

Qeyd edək ki, mayın 23-də saat 8 radələrində Yevlax rayonunun Qaraoğlan kəndi ərazisində Yuxarı Qarxun kənd sakini Xudaverdi Şərifov idarə etdiyi “Mercedes-Benz” markalı mikroavtobusu aşırıb. Nəticədə 2 sərnişin hadisə yerində ölüb, sürücü və 19 sərnişini xəstəxanaya yerləşdiriliblər.