Bakıda xəstəxananın bu işçisi axtarışa verildi - FOTO

Bakıda xəstəxananın bu işçisi axtarışa verildi - FOTO
HADİSƏ

22 dekabr 2019, 00:07

Mətn ölçüsü

Bakıda 82 yaşlı kişi itkin düşüb.
News24.az "Report"a istinadən xəbər verir ki, hadisə dekabrın 21-də Binəqədi rayonu ərazisində baş verib.
Belə ki, A.F.Qarayev adına 2 saylı Uşaq Kliniki Xəstəxanasında texniki işçi kimi çalışan 1937-ci il təvəllüdlü Abdulla İsgəndər oğlu Namazov səhər saat 05:00-06:00 radələrində yaşadığı Biləcəri qəsəbəsi, 1 May küçəsi ünvanından çıxıb.
Onun geri qayıtmadığını görən yaxınları A.Namazovun işə gedib çatmadığını öyrəniblər.
Yaxınlarının sözlərinə görə, yaddaşsızlıq problemləri olan itkin şəxs evdən çıxarkən əynində qara palto, qara şalvar və qara papaq ("kepka") olub.
A.Namazovun yaxınları hüquq-mühafizə orqanlarına müraciət edib.