Özünü Kürə atan şəxsi polislər XİLAS ETDİ
    • 23-12-2019, 14:16
    • 694

Özünü Kürə atan şəxsi polislər XİLAS ETDİ

Dekabrın 21-də saat 19 radələrində Mingəçevir şəhəri ərazisində Kür çayının üzərindəki körpüdən bir nəfər özünü suya atıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, Mingəçevir Şəhər Mühafizə Şöbəsinin ərazidə xidmət aparan əməkdaşlarının operativliyi və çevikliyi sayəsində vətəndaş sudan çıxarılıb, ona xəstəxanada ilkin tibbi yardım göstərilib. 

Həmin şəxsin Mingəçevir şəhər sakini V.Əmirov olduğu müəyyən edilib. Faktla bağlı şəhər prokurorluğu tərəfindən araşdırma aparılır.