Hacıqabulda iki yük avtomobili TOQQUŞDU
    • 29-12-2019, 09:49
    • 652

Hacıqabulda iki yük avtomobili TOQQUŞDU

Hacıqabul rayonunda “Mercedes” və "KamAZ" markalı iki yük avtomobili toqquşub.

Bu barədə News24.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan “Mercedes” markalı yük avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.