Oqtay Gülalıyev sağalır -Yaxınları ilə “Whatsapp”la danışıb

Oqtay Gülalıyev sağalır -Yaxınları ilə “Whatsapp”la danışıb
HADİSƏ

03 yanvar 2020, 21:27

Mətn ölçüsü

Xəbər vermişdik ki, Türkiyənin İstanbul şəhərindəki Amerikan Xəstəxanasında müalicə olunan hüquq müdafiəçisi Oqtay Gülalıyev gözlərini açıb. Hazırda hüquq müdafiəçisinin səhhətində irəliləyiş davam edir.
News24.az unikal.org-a istinadən xəbər verir ki, O.Gülalıyev yaxınları ilə “Whatsapp” vasitəsilə əlaqə qurmağa başlayıb.
Məlumata görə, o, “Whatsapp” görüntüsü ilə danışarkən, deyilənləri hiss edir, başını silkələyir. Amma sualları hələlik cavablandıra bilmir. O, hüquq müdafiəçisi olan dostu Taleh Xasməmmədovla da “Whatsapp” vasitəsi ilə əlaqə saxlayıb.