31 yaşlı azərbaycanlı Gürcüstanda faciəvi şəkildə öldü - FOTO

31 yaşlı azərbaycanlı Gürcüstanda faciəvi şəkildə öldü - FOTO Hadisə

Gürcüstanda 31 yaşlı Əmrah Kazımov faciəvi şəkildə dünyasını dəyişib.

News24.az xəbər verir ki, hadisə ötən gün Laqodexi bələdiyyəsinin Uzuntala kəndində baş verib.

Məlumata görə, usta işləyən Əmrah Kazımov talvarın üzərini metal təbəqə ilə örtdüyü zaman ehtiyatsızlıqdan yüksək gərginlikli elektrik naqillərinə toxunub.

Nəticədə onu elektrik cərəyanı vurub və o, hadisə yerində vəfat edib.

Onun 3 azyaşlı övladının olduğu bildirilib.

31 yaşlı azərbaycanlı Gürcüstanda faciəvi şəkildə öldü - FOTO