Beyləqanda avtomobil aşdı - ÖLƏN VAR

Beyləqanda avtomobil aşdı - ÖLƏN VAR
HADİSƏ

04 yanvar 2020, 11:33

Mətn ölçüsü

Beyləqanda ölümlə nəticələnən yol qəzası baş verib.

Bu barədə News24.az -a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, yanvarın 3-də saat 19 radələrində Beyləqan rayonunun Dünyamalılar kəndi ərazisində kənd sakini Şahin Cəfərov idarə etdiyi “VAZ-21099”
markalı avtomobili aşırıb və nəticədə sürücü hadisə yerində ölüb.

Beyləqan Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.