SON DƏQİQƏ! Təyyarə uçuş zolağından çıxdı - SƏRNİŞİNLƏR TƏXLİYƏ EDİLDİ
    • 7-01-2020, 11:16
    • 1 233

SON DƏQİQƏ! Təyyarə uçuş zolağından çıxdı - SƏRNİŞİNLƏR TƏXLİYƏ EDİLDİ

İstanbulda Sabiha Gökçen Hava Limanında "Boeing 737-800" tipli sərnişin təyyarəsi, enişdən sonra uçuş zolağından çıxıb.

News24.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, saat 09.05-də uçuş-enmə zolağına yaxın ərazidə dayanan təyyarənin sərnişinləri 'slayd' adlı şişmə avandalığın köməyi ilə təxliyə edildi.

İlkin məlumata görə, hadisə zamanı xəsarət alan olmayıb. Sərnişinlər terminala göndərilib. Sabiha Gökçen hava limanının uçuş zolağı iki saatlıq fəaliyyətini dayandırıb.