Bakıda avtobusla yük maşını toqquşdu sərnişinlər xəsarət aldı

Bakıda avtobusla yük maşını toqquşdu sərnişinlər xəsarət aldı
HADİSƏ

07 yanvar 2020, 21:21

Mətn ölçüsü

Bakıda sərnişin avtobusu ilə yük maşını toqquşub.

News24.az xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayonunun Biləcəri qəsəbəsində qeydə alınıb.

Belə ki, 202 saylı marşrut xətti ilə hərəkət edən sərnişin avtobusu çörək daşıyan yük maşını ilə toqquşub. Nəticədə avtobusda olan sərnişinlər arasında xəsarət alanlar var.

Qəza səbəbindən ərazidə tıxac yaranıb.

Faktla bağlı araşdırma aparılır.