Əli Həsənovun qardaşı oğlunu da işdən çıxardılar -Elçin Həsənov İTV-dən getdi

Əli Həsənovun qardaşı oğlunu da işdən çıxardılar -Elçin Həsənov İTV-dən getdi
HADİSƏ

11 yanvar 2020, 01:02

Mətn ölçüsü

Prezidentin sabiq köməkçisi Əli Həsənovun qardaşı oğlu Elçin Həsənov İctimai Televiziyada Baş direktor müavini vəzifəsindən azad edilib.
News24.az KONKRET.az-a istinadən xəbər verir ki, bu barədə televiziyadakı əməkdaşlar məlumat verilib.
Mənbənin sözlərinə görə, Elçin Həsənov onsuz da bu gün – sabah işdən kənarlaşdırılacaqdı. Ancaq Əli Həsənovun oğlu Şamxal Həsənlinin Xəzər Televiziyasının rəhbərliyindən uzaqlaşdırılması onun da işini itirməsini sürətləndirib.
Xatırladaq ki, bir müddət əvvəl KONKRET.az-da Əli Həsənovun qardaşı oğlu Elçin Həsənovun işdən kənarlaşdırılacağı ilə bağlı “Əli Həsənovun İTV-nin baş direktor müavini olan qardaşı oğlunın da başı dərddədir”  adlı yazı dərc edilmişdi.