Balakəndə 7 otaqlı EV YANDI
    • 11-01-2020, 10:50
    • 570

Balakəndə 7 otaqlı EV YANDI

Balakəndə yanğın hadisəsi olub.

Fövqəladə Hallar Nazirliyindən News24.az-a verilən məlumata görə, Balakən rayonunun Tülü kəndində ümumi sahəsi 240 m² olan ikimərtəbəli 7 otaqlı evin 2-ci mərtəbəsində tavan 80 m² sahədə, 3 otağın yanar konstruksiyaları və içərisindəki əşyalar 90 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.