Nərminin qatili İlkinin AİLƏSİYLƏ BAĞLI BİLİNMƏYƏN FAKTLAR
    • 11-01-2020, 12:11
    • 10 090

Nərminin qatili İlkinin AİLƏSİYLƏ BAĞLI BİLİNMƏYƏN FAKTLAR

"İlkin üç diplomludur. İlkinin psixoloji problemləri var idi. Çox gec-gec, ancaq siqaret çəkmək üçün qapıya çıxardı. Rusiyada yaşayandan sonra ailəsinin yanına köçüb. Heç vaxt ailəli olmayıb. İlkinin atası yataq xəstəsidir, o insult keçirib". 

Bu sözləri News24.az-a açıqlamasında faciəvi şəklində öldürülən və cəsədi yandırılan 10 yaşlı Nərmin Quliyevanın əmisi Lətif Quliyev deyib. 

L.Quliyev bildirib ki, 10 yaşlı balaca qızcığazı öldürüb yandıran və cinayəti etiraf edən 47 yaşlı İlkin Süleymanovun 2 qardaşı və 3 bacısı var: "Uşaqlar arasında ancaq İlkin anormaldır. Qardaş və bacıları ali təhsillidirlər. İki bacısı müəllimədir, üçüncüsü Bakıda yaşayır, bir qardaşı Qazax rayonunun Dəmir Yolunda işləyir, digəri isə Bakıda hərbidə çalışır. İlkindən başqa hamısı ailəlidir".

Onu da öyrəndik ki, İlkin Süleymanov Nərminin olduğu məlum toyda iştirak etməyib: "Bizim onlarla elə də sıx münasibətimiz olmayıb. Ancaq salam-sağ ol. Ailələrini toya çağırmamışdıq".

L.Quliyev deyib ki, onun qardaşı Şərif Quliyev İlkin Süleymanovla bir sinifdə oxuduğu müddətdə münasibətlər normal olub: İlkin Şəriflə sinif yoldaşı olub. Kim əksini deyirsə yalan deyir. Bir sinifdə oxuyublar, özü də ki, çox yaxşı münasibətləri olub. Qardaşım nə bilsin ki, o, başına belə bir hadisəni gətirəcək". 

Mərhum Nərminin qətlinin araşdırılması üçün baş prokuror və daxili işlər nazirinin müavinləri ötən gün Tovuzun Dondar Quşçu kəndində olublar. 


Sevda Bayramova