Sabirabadda qəza oldu - mişar daşları yola töküldü
    • 12-01-2020, 01:28
    • 1 093

Sabirabadda qəza oldu - mişar daşları yola töküldü

Sabirabad rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

News24.az xəbər verir ki, hadisə ötən gecə Hacıqabul-Horadiz yolunda qeydə alınıb.

İmişli rayon Göbəktala kənd sakini Eldar Şükürov idarə etdiyi yük avtomobili ilə Sabirabad rayon istiqamətində hərəkətdə olarkən, eyni istiqamətdə hərəkətdə olan Bakı şəhər sakini Şahbazov Yaşar Qafar oğlunun idarə etdiyi minik maşını ilə toqquşub. 

Nəticədə yük avtomobili idarəetmədən çıxaraq yolun hərəkət hissəsinə aşıb. Avtomobilin sürücüsü E.Şükürov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Yük maşınında olan mişar daşları yola töküldüyündən magistral yolda bir müddət hərəkət məhdudlaşıb. Yolda uzun zolaqlı tıxac əmələ gəlib. Daha sonra isə xüsusi texnika vasitəsilə yola səpələnmiş mişar daşları təmizlənərək hərəkət bərpa olunub. 

Faktla bağlı araşdırma aparılır.