Bakıda "Hyundai" evakuatora çırpıldı
    • 13-01-2020, 09:25
    • 1 063

Bakıda "Hyundai" evakuatora çırpıldı

Bakının Xətai rayonunda avtomobil qəzası baş verib.

News24.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, "Hyundai" markalı minik avtomobili yol kənarında dayanan evakuatora çırpılıb.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri minik avtomobilində sıxılı vəziyyətdə qalan sürücünü deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.