5 gün əvvəl piyadanı vurub, qaçan sürücü TUTULDU
    • 13-01-2020, 13:12
    • 1 063

5 gün əvvəl piyadanı vurub, qaçan sürücü TUTULDU

Sumqayıtda qəza törədərək hadisə yerindən qaçan sürücü saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, yanvarın 8-də saat 19 radələrində Sumqayıt şəhərinin Babək küçəsində müəyyən edilməmiş avtomobillə yolu keçən şəhər sakini E.Hüseynova vurulub və o, xəsarətlə xəstəxanaya yerləşdirilib.

Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən “Hyundai” markalı avtomobilin sürücüsü, şəhər sakini N.Əhlimanov saxlanılıb.