Yolu keçən iki piyadanı maşın VURARAQ ÖLDÜRDÜ

Yolu keçən iki piyadanı maşın VURARAQ ÖLDÜRDÜ
HADİSƏ

14 yanvar 2020, 15:12

Mətn ölçüsü

Paytaxtın Xəzər və Nərimanov rayonlarında ölümlə nəticələnən yol-nəqliyyat hadisələri baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, Xəzər rayonunun Binə qəsəbəsi ərazisində yolu keçən paytaxt sakini Mayıl Ağayev Bakı şəhər sakini Z.Allahverdiyevin idarə etdiyi “Mercedes” markalı yük avtomobili ilə vurulub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. 

Nərimanov rayonunun F.X.Xoyski küçəsində isə yolu keçən paytaxt sakini Əlimusa Əmirov Füzuli rayon sakini N.İsmayılovun idarə etdiyi “BMW” markalı avtomobillə vurulub. Xəstəxanaya yerləşdirilmiş piyadanın həyatını xilas etmək mümkün olmayıb. 

Hadisələrlə bağlı Xəzər və Nərimanov Rayon Polis idarələri tərəfindən araşdırma aparılır.