Şəmkirdən Şəhidlər Xiyabanına piyada gəlir -Görənlər durdurub şəkil çəkdirir
    • 14-01-2020, 22:20
    • 1 012

Şəmkirdən Şəhidlər Xiyabanına piyada gəlir -Görənlər durdurub şəkil çəkdirir

Şəmkir sakini Şəhidlər Xiyabanının müqəddəsliyinə diqqət çəkmək üçün piyada Bakıya yola düşüb.
News24.az-ın xəbərinə görə Səyyar Musayev Şəmkir rayonundan paytaxta qədər olan 410 km-lik məsafəni piyada qət etməyi planlaşdırıb. 
35 yaşlı rayon sakini 8 gün piyada getməklə 20 yanvar hadisələrinin 30-cu ildönümü günü Şəhidlər Xiyabanına çatmağı düşünür. O, artıq yolun bir hissəsini arxada qoyaraq Yevlax rayonuna çatıb. S.Musayev gecələr bir neçə saat istirahət etməklə yola davam etdiyini bildirib.