İmişlidə avtomobil kanala aşdı - 2 NƏFƏR XİLAS EDİLDİ
    • 15-01-2020, 10:49
    • 756

İmişlidə avtomobil kanala aşdı - 2 NƏFƏR XİLAS EDİLDİ

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, İmişli rayonunun Cəfərli kəndində "ВАЗ" markalı minik avtomobilinin su kanalına düşməsi barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, dərhal hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri yarıbatmış vəziyyətdə olan avtomobildə sıxılı vəziyyətdə qalan 2 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.